Qaynar xətt:

(+99450) 247 90 86

Almatıda hava limanının əməkdaşı girov götürülüb

DÜNYA

193

07.03.2025, 13:02

Qazaxıstanın  Almata şəhərində  naməlum şəxs hava limanının əməkdaşını girov götürərək bıçaqla hədələyib.

Oxu24.com xəbər verir  ki,  video “Kris_p_almaty” Telegram kanalı tərəfindən yayımlanıb.

ORDA Telegram kanalının məlumatına görə, insident yerli reyslər terminalında saat 11:45-də (Bakı vaxtı ilə 10:45) baş verib. Özünü sərnişin kimi təqdim edən aqressiv şəxs hava limanının işçisindən sənədlərini göstərmək istəyəndə ona hücum edib.

“Yeddi dəqiqədən sonra həmin şəxs xətti polis bölməsinin və aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib”, - məlumatda deyilir.

Hazırda həmin şəxs saxlanılıb və polis bölməsindədir.

Nigar